DÜNYA

Dünyada şərab istehsalı rekord həddə çatıb
12 APREL
244

Dünyada şərab istehsalı rekord həddə çatıb

2019-04-12 16:14:00

Fins.az-ın məlumatına görə, 2018-ci ildə 15 il ərzində dünya üzrə çaxır istehsalı  rekord həddə çatıb: Beynəlxalq üzümçülük və şərabçılıq təşkilatının (BŞT) məlumatına görə, ötən illə müqayisədə göstərici  17%-i keçib. Cəmi 292,3 milyon hektalitr və ya 39 milyard şərab şüşəsi istehsal olunub. Bu BŞT-nin oktyabr proqnozundan daha yaxşıdır. O, yarım əsr ərzində, məhsulun az olduğu vaxtla ,  yəni 2017-ci illə müqayisədə artım 12% olub.

Dünya üzrə ən iri istehsalçı statusu İtaliyanın üzərindədir, belə ki, o istehsal həcmini 28,9% artıraraq 54,8 milyon hektalitrə çatdırıb. Onun ardınca İspaniya ( +36,7% ) və Fransa (34,8%)gəlir.Fiziki baxımdan ən iri ixracatçı İspaniya olub (20,9 milyon hektalitr), dəyərinə görə isə – Fransa ( 9,3 milyard avro ).

Maliyyə baxımından qlobal çaxır istehsalı 2018-ci ildə 1,2% artaraq 31,3 milyard avro olub.Şərabdan ən çox istifadə edən ABŞ olub: ölkədə 33 milyon hektalitr şərab içilib. İkinci yerdə 26,8 milyon hektalitrlə Fransa gəlir. Adambaşına istifadə baxımından amerika əhalisi  20-ci yerdədir ( bir ilə adambaşına 12,4 litr). Liderliyi portuqaliyalılar edirlər : bir il ərzində hərəyə 62,1 litr.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269