DÜNYA

ABŞ beş ölkəyə “F-35” qırıcısı sata bilər
05 APREL
100

ABŞ beş ölkəyə “F-35” qırıcısı sata bilər

2019-04-05 10:07:00

Amerika Birləşmiş Ştatları 5-ci nəsli “F-35” qırıcı-bombardmançı təyyarələrini tədarük edəcəyi ölkələrin siyahısının genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Fins.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ müdafiə Nazirliyinin nümayəndəsinin fikirlərinə istinadən məlumat yayıb.

“F-35” qırıcı təyyarələrinin yaradılması proqramına rəhbərlik edən vitse-admiral Mattias Uinter isə bildirib ki, təyyarələrin gələcəkdə potensial xarici alıcıları Sinqapur, Yunanıstan, Rumıniya, İspaniya və Polşa olacaq.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb. Türkiyə azı 100 ədəd "F-35 Lightining II" satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35"lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266