DÜNYA

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
15 MART
191

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

2019-03-15 17:04:00

Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib.

Fins.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər. Türkmənistanın sədrliyi ilə keçən iclasda MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının layihəsi təsdiq olunub. İnformasiya cəmiyyətində hüquq pozuntuları ilə mübarizəyə, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsinə yönələn sənəd MDB Xarici İşlər Nazirləri Şurası və MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq. İclasda elektron ticarətlər sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, MDB ölkələri gömrük orqanlarının intellektual mülkiyyət obyektlərinin hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı fəaliyyətinə dair məsələlər müzakirə olunub. Tədbirdə bir sıra maliyyə və təşkilatı məsələlər nəzərdən keçirilib.

Qeyd edək ki, MDB İqtisadi Şurasının növbəti iclası iyunun 21-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267