DÜNYA

Pul köçürmələrinin həcmi 39,9 milyard dirhəm təşkil edib
13 MART
153

Pul köçürmələrinin həcmi 39,9 milyard dirhəm təşkil edib

2019-03-13 14:24:00

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankının statistik göstəricilərinə görə, 2018-ci ilin dördüncü rübü ərzində BƏƏ-dən pul köçürmələrinin həcmi 39,9 milyard dirhəm təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz azdır.

Fins.az  xəbər verir ki, ümumilikdə 9,5 milyard dirhəm pul köçürmələri banklar vasitəsilə, 30,4 milyard dirhəm isə pul mübadiləsi ilə məşğul olan şirkətlər vasitəsilə göndərilib.

Dördüncü rübdə pul köçürmələrinin ümumi həcminin 34,2 faizi Hindistanın payına düşür. Belə ki, bu ölkə miqrantların əməkhaqları hesabına daha çox mənfəət qazanır. Sonrakı yerləri Pakistan (9,4 faiz), Filippin (7,2), ABŞ (5,9) və Misir (5,5) bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265