DÜNYA

Fransa bu ölkədəki səfirini geri çağırır
08 FEVRAL
180

Fransa bu ölkədəki səfirini geri çağırır

2019-02-08 17:19:00

Fins.az-ın məlumatına görə, Fransa İtaliyadakı səfirini “müharibə başa çatdıqdan bəri yaranmış ilk” ciddi vəziyyətlə əlaqədar məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə Fransa XİN-in rəsmi nümayəndəsi fevralın 7-i məlumat verib. Məlumatda bildirilir ki, son bir neçə ay ərzində Fransa  ittihamlara və İtaliyadan gələn əsassız hücumlara məruz qalıb.“Fransanın ünvanına son müdaxilə növbəti və qəbul edilə bilməz bir təxribatdır. Bu, dost və müttəfiq xalqın demokratik seçiminə hörmətsizlikdir. Bunlar demokratik və azad yolla seçilmiş hökumətlər arasında münasibətlərdə lazım olan hörmətə ziddir" – XİN rəsmisi Anyes fon der Myullun  press-relizində deyilir. Çərşənbə günü XİN artıq Fransada İtaliyanın vitse-prezidenti, “5 ulduz” hərəkatının lideri Luici Di Mayonun  “sarı jiletlilər” etiraz hərəkatının nümayəndələri ilə görüşündən sonra “qəbul edilməz təxribat” haqqında bəyanat verib. Çərşənbə axşamı Di Mayo bu görüş haqqında sosial şəbəkələrdə məlumat verdikdən sonra aşağıdakıları əlavə edib: “Dəyişiklik rüzgarı Alpları aşdı. Təkrar edirəm: dəyişiklik rüzgarı Alpları aşdı”.Bu tədbir Di Mayo, həmçinin İtaliyanın daxili işlər naziri, ultrasağçıların lideri Matteo Salvini (Matteo Salvini) tərəfindən Fransa icra hakimiyyətinin ünvanına çox nadir halda səslənən sərt tənqidin davamı olub. “Şimal liqası”nın başçısı, İtaliya hökumətinin əsas üzvlərindən biri Salvini Fransa xalqının tezliklə “çox pis prezidentdən” qurtula biləcəyinə ümid etdiyini deyib. Bu vaxta kimi AB-nin təsisçi ölkələri arasında belə bir şey baş verməyib. “Fikirayrılığına malik olmaq bir şeydir, ancaq seçkiqabağı məqsədlər üçün münasibətlərdən istifadə etmək tamam başqa bir şey”, - deyə mətbuat katibi qeyd edib.Matteo Salvini 26 may Avropa Parlamentinə seçkilər ərəfəsində Avropa inteqrasiyasının tərəfdarlarına qarşı cəbhə yaratmağa çalışır. Belə ki, Avropa inteqrasiyasının əsas rəmzi Fransa prezidenti hesab edilir. “Avropa seçkiləri ərəfəsində həyata keçirilən kampaniya istənilən xalqa və ya onun demokratiyasına nümayiş etdirilən hörmətsizliyə haqq qazandıra bilməz, - deyə Anyes fon der. Myull bildirib. – Bu cür hərəkətlər təhlükəli vəziyyət yaradır. Bu da İtaliya hökumətinin Fransa ilə bağlı niyyətində şübhə doğurur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266