DÜNYA

302 milyon dollarlıq təzminat
04 FEVRAL
170

302 milyon dollarlıq təzminat

2019-02-04 14:00:00

Vaşinqton Federal Məhkəməsi amerikalı hərbi jurnalist Marie Colvinin Suriyada öldürülməsindən sonra hadisənin əsas günahkarı hesab edilən Bəşər Əsəd rejiminin 302 milyon 500 min dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, ŞriLankadakı partlayışlardan sonra bir gözünü itirmiş Colvin bu hadisədən sonra münaqişə zonalarındakı hadisələri ən yaxşı işıqlandıran reportyor kimi dünya miqyasında məşhurlaşmağa başlayıb. O, 2012-ci ildə Suriyanın Homs şəhərinin Bab Amir qəsəbəsinə atılan top mərmilərinin partlamasından sonra həyatını itirib.

M. Colvinin yaxınları jurnalistin qətlində günahkar olanların cəzalandırılması tələbi ilə məhkəməyə müraciət ediblər. Daha sonra Vaşinqton Federal Məhkəməsinin hakimi Emi Barmin Cekson tərəfindən 2016-cı ildə qurulan məhkəmə prosesində Colvinin Əsəd rejimi tərəfindən qəsdən öldürüldüyü iddia edilib. Colvinin ölümünü “mühakiməsiz edam” kimi xarakterizə edən hakim E.Cekson 36 səhifəlik qərarında “Gördüyü işin yalnız əhəmiyyətli deyil, eyni zamanda, son dərəcə kritik olan müharibə zonalarında baş verənlərin bizə çatdırılması olan Amerika vətəndaşının qəsdən öldürülməsini qəbul edə bilmərik” deyilir. Əldə edilən dəlillər əsasında aparılan araşdırmalardan sonra məlum olub ki, bu hadisə hər hansı bir terror qruplaşması tərəfindən deyil, məhz Əsəd rejiminə bağlı olan qüvvələr tərəfindən törədilib. Bütün bunlardan sonra məhkəmə cəza kimi Əsəd rejiminin 300 milyon, ailənin itkisi üçün isə 2 milyon 500 min dollar təzminat ödənilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ABŞ qanunları, terror cinayətləri və terrora dəstək verən ölkələrin Amerika vətəndaşlarına vurduğu zərər xaricində öz vətəndaşlarının beynəlxalq məhkəmələrdə başqa ölkələrə qarşı iddia açmasını qadağan edir. Daha əvvəl də Suriyaya qarşı ABŞ ordusuna çalışan iki muzdlu əsgərin Suriyada öldürülməsi ilə əlaqədar qaldırılan iddiada ABŞ məhkəməsi Suriyadan 413 milyon dollar təzminat tələb etmiş və həmin vəsait Əsəd rejiminə aid olan İllinoys əyalətindəki “JP Morgan Chase” bankının səhmlərindən toplanılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267