DÜNYA

Gürcüstanda ərzaq məhsulları kəskin bahalaşıb
04 FEVRAL
119

Gürcüstanda ərzaq məhsulları kəskin bahalaşıb

2019-02-04 12:39:00

Ötən ay Gürcüstanda inflyasiya 1,3% təşkil edib.

Fins.az Report-a xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik inflyasiya isə 2,2% olub.

Yanvar ayında ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, tərəvəzlərin qiyməti 15,8%, meyvə və üzümün qiyməti 5,8%,süd, pendir və yumurtanın qiyməti 4,7%, çörək və yulafın qiyməti 1,4%, balığın qiyməti isə 1,4%, bahalaşıb.

Alkoqollu içkilər və tütünün qiymətində 5,8% bahalaşma qeydə alınıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, alkoqollu içkilər və tütünün qiyməti 10,1%, səhiyyə xərcləri 3,4%, nəqliyyat xərcləri isə 1,7% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259