DÜNYA

Yaponiyada 2018-ci ildə doğulan körpələrin sayı tarixdə ən az ola bilər
24 DEKABR 2018
79

Yaponiyada 2018-ci ildə doğulan körpələrin sayı tarixdə ən az ola bilər

2018-12-24 11:08:00

Yaponiyada 2018-ci ildə doğulan körpələrin sayının son 120 ildə ən az olacağı güman edilir.

Fins.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvarından oktyabrınadək ölkədə 921 min körpənin doğulduğu bildirilir. Həmin rəqəm ötən illə müqayisədə 25 min körpə azdır ki, bu da həmin statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir. Yeni doğulanların sayının 1989-cu illə müqayisədə təqribən 30 faiz azaldığı qeyd edilir.

Bununla yanaşı, nazirlikdən bildiriblər ki, ölkə üzrə ölənlərin sayı 1,37 milyon nəfər təşkil edib. Həmin rəqəm ötən illə müqayisədə 29 min nəfər artıb və onun müharibədən sonrakı maksimuma çatacağı gözlənilir.

Nəticədə Yaponiya əhalisinin sayı 12 ildir ki, fasiləsiz şəkildə azalmaqda davam edir və bu il həmin göstərici 448 min nəfər olacaq.

Son 30 ildə ölkə əhalisinin azalmasının səbəbləri kimi, ailənin strukturunun və insanların həyat tərzinin dəyişməsi göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256