DÜNYA

Tereza Mey Brexit-lə bağlı kritik qərar verə bilər
09 DEKABR 2018
268

Tereza Mey Brexit-lə bağlı kritik qərar verə bilər

2018-12-09 20:58:00

Fins.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə Bitaniyanın baş naziri Tereza Mey “Brexit” şərtləri ilə bağlı artıq hökumətlə razılaşdırılmış saziş üzrə İcmalar Palatasında  gələn həftənin çərşənbə axşamı günü planlaşdırılan prinsipial səsverməni daha gec müddətə təxirə sala bilər. Hökumət üzvləri və köməkçilərin gözləntilərinə görə, Mey nəzərdə tutulmuş səsverməni təxirə salacağını bazar günü elan edəcək. Bir çox siyasətçi və ekspertlərin fikrincə, onun parlamentin aşağı palatasında praktiki olaraq deputatların əksəriyyətinin dəstəyini qazanmaq üçün heç bir şansı yoxdur. Hökumətdə güman edirlər ki, sövdələşmə əleyhdarlarının səsvermə zamanı üstünlüyü o qədər əhəmiyyətli ola bilər ki, bu, indiki tori hökumətinin süqutuna gətirib çıxara bilər. Belə vəziyyətdə baş nazir sonuncu dəfə Aİ rəhbərlərindən London üçün birlikdən “ayrılmaq”la bağlı ən yaxşı sövdələşmə şərtləri tələb etmək üçün gələn həftə Brüsselə yollanacaq. Xatırladaq ki, bundan əvvəl Britaniya müdafiə nazirinin şəxsi parlament katibi “Brexit” sazişinə etiraz əlaməti olaraq istefa verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264