DÜNYA

Yaponiya büdcəsinin ilk dəfə 100 trilyon yen həddini aşacağı gözlənilir
03 DEKABR
62

Yaponiya büdcəsinin ilk dəfə 100 trilyon yen həddini aşacağı gözlənilir

2018-12-03 10:08:00

2019-cu ilin aprelində başlayacaq növbəti maliyyə ilində Yaponiyanın milli büdcəsinin ümumi xərclərinin ilk dəfə 100 trilyon yen və ya təqribən 900 milyard dollar həddini aşacağı gözlənilir.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, bu cür artım əsasən gələn ilin oktyabrında artması gözlənilən istehlak vergisinin təsirini azaltmaq, həmçinin infrastrukturu möhkəmlətmək tədbirləri ilə əlaqələndirilir.

Hökumət nümayəndələri yekun büdcə planının Nazirlər Kabineti tərəfindən dekabrın sonlarında bəyəniləcəyinə ümid edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255