DÜNYA

İraqın Baş naziri :"İraq Kərkükdən Ceyhan limanına neft ixracını artıracaq"
22 NOYABR 2018
120

İraqın Baş naziri :"İraq Kərkükdən Ceyhan limanına neft ixracını artıracaq"

2018-11-22 11:43:00

Fins.az-ın məlumatına görə İraqın Baş naziri Adil Əbdülmehdi bidirib ki, İraq hökuməti ölkənin şimalında yerləşən Kərkük bölgəsindəki neft yataqlarından hasil olunan “qara qızıl”ın Türkiyənin cənubundakı Ceyhan limanına nəqlini artırmaq niyyətindədir.Baş nazir deyib “Kərkük nefti İraqın şimalında Kürd Regional Administrasiyasının ərazisindən keçərək ixrac edilməyə başlayıb. Hazırda Kərkükdə gündə 60 min barell neft hasil olunur. Onun həcmini 100 min barrelədək artırmağı planlaşdırırıq”

Fikirlərinin davamında o qeyd edib ki, İraqın mərkəzi hökuməti ilə Kürd Regional Administrasiyası arasında “dostluq münasibəti qurulub”.

Qeyd edək ki, 2014-cü ildə Kərkükü terrorçu İŞİD-dən qorumaq bəhanəsi ilə kürd silahlıları bu bölgəni ələ keçirmişdi. Üç il ərzində Kürd Regional Administrasiyası oradakı neft yataqlarına nəzarət edib. Ötən il isə  mərkəzi hakimiyyət Kərkükə nəzarəti bərpa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256