DÜNYA

İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan iki nəfər edam edilib
14 NOYABR
83

İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan iki nəfər edam edilib

2018-11-14 11:07:00

Fins.az-ın "report"a istinadən verdiyi məlumata görə İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-ziynət taciri Vahid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam olunublar. İran KİV-inə istinadən xəbər verir ki, İslam İnqilab Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı Ali Divan Məhkəməsi təsdiqləyib.

Edam hökmü noyabrın 14-də səhər tezdən icra edilib.

Vahid Məzlumin və Məhəmməd İsmayıl Qasimi Cinayət Məcəlləsinin İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar. 

Qeyd edək ki, İran Məhkəmə Sisteminn sözçüsü, ETTELAAT-ın keçmiş başçısı Qulamhüseyn Möhsün-Ejeyi yerli televiziyaya müsahibəsində “dünyada korrupsiya yaymaqda” şübhəli bilinən ölkənin 3 vətəndaşı barəsində edam hökmü çıxarıldığını bildirmişdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255