DÜNYA

5 milyard dollarlıq tenderə müdaxilə
19 OKTYABR
175

5 milyard dollarlıq tenderə müdaxilə

2018-10-19 12:01:00

ABŞ rəhbərliyinin, İraqın "Simens"ə verməyi planlaşdırdığı 15 milyard dollarlıq elektrik stansiyasının tikintisi tenderinə son anda müdaxilə edərək, tenderinin "General Electric" şirkətinə verilməsini təmin etdiyi iddia edilib.

Fins.az xəbər verir ki, ABŞ  mediasında yer alan və adı açıqlanmayan yüksək səviyyəli rəsmilərə istinadən yayılan xəbərlərdə, Donald Tramp rəhbərliyinin İraqın enerji tenderinə son anda müdaxilə etdiyi qeyd olunub.

Almaniyanın "Simens" şirkəti, gələcək 4 ildə İraqda 11 gigavatlık elektrik stansiyaları inşa etmək üçün Bağdad rəhbərliyi ilə apardığı danışıqları sentyabrda başa çatdırmaq üzrə idi.

Bu görüşlərdən xəbərdar olan Donald Tramp rəhbərliyinin son anda müdaxilə edərək, 15 milyard dollar dəyərində olan tenderinin "Simens"ə verilməməsi məsələsində İraq hökumətinə təzyiq edib. Tramp hökuməti müqavilənin Amerikanın "General Electric" şirkətilə ilə bağlanmasını tələb edib.

Xəbərdə, ABŞ rəsmilərinin,"Simens ilə müqavilə bağlanması vəziyyətində ABŞ-İraq münasibətlərinin riskə girəcəyi" məsələsində İraqın Baş naziri Heydər əl-İbadiyə xəbərdarlıq edildiyi, bundan sonra İraqın bazar ertəsi günü "General Electric" ilə müqavilə imzaladığı qeyd edilib.

Bundan başqa xəbərdə, enerji sahəsində İraqı İrana asılı olmaqdan xilas etmək üçün ABŞ ilə İraq arasında "İraq enerji sektorunun tikintisi" məsələsinə dair bir müqavilə imzalandığı qeyd edilib.

Almaniyanın texnologiya şirkəti "Simens AG"nin sədri Joe Kaeser, ötən ay Bağdadda İbadi ilə görüşmüş və İraq rəhbərliyi ilə xoş niyyət anlaşması imzalamışdı.

marja

Eləcə də bax:Çində iqtisadi artım son 9 ilin ən aşağı səviyyəsinə düşüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258