DÜNYA

Neft bazarında balans “kövrək” hala gəlib
16 OKTYABR
128

Neft bazarında balans “kövrək” hala gəlib

2018-10-16 16:09:00

Qlobal xam neft istehsalında əlavə tutum həcmi getdikcə azalır. Fins.az  xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Hindistanda keçirilən konfransda deyib. O bildirib ki, istehsalçı ölkələr və şirkətlər öz hasilat potensiallarını artırmalı, eləcə də cari tələbatı ödəmək üçün daha çox sərmayə qoymalıdırlar: “OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair sazişə əməletmə səviyyəsi 100 faizə çatır. Bundan başqa, xarici amillərlə əlaqədar neft bazarında balans “kövrək” hala gəlib”.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Eləcə də bax:Türkiyədə yoxa çıxan jurnalistin meyiti turşuda əridilə bilərdi

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250