DÜNYA

Tramp Kim Çen Inla görüşün yeri barədə danışıb
25 SENTYABR
693

Tramp Kim Çen Inla görüşün yeri barədə danışıb

2018-09-25 12:14:00

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər. Fins.az xəbər verir ki, bu barədə o Cənubi Koreya lideri Mun Çje İnlə görüş öncəsi danışıb.

"ABŞ və Şimali Koreya arasında görüş, çox güman ki, başqa yerdə keçiriləcək, lakin bu, bənzər format olacaq", - deyə Amerika lideri bildirib.

Trampın sözlərinə görə, o, KXDR lideri ilə "kifayət qədər" tez görüşə bilər. O, görüş barədə yaxın gələcəkdə məlumat veriləcəyini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259