DÜNYA

"Amazon"nun da 1 milyardı var
04 SENTYABR
243

"Amazon"nun da 1 milyardı var

2018-09-04 21:45:00

Bu gün "Amazon" dünyada bazar dəyəri (market capitalization) 1 trilyon dolları aşan ikinci şirkət oldu.

"Apple" avqustun 2-də bu həddi keçmişdi.

2017-ci ilin yekunlarına əsasən 170 dövlətin Ümumi Daxili Məhsulunun həcmi 1 trilyon dollardan az olub. "Apple" və "Amazon"un dəyərindən daha artıq həcmdə ÜDM-ə sahib olan ölkələr bunlardır: ABŞ, Çin, Almaniya, Yaponiya, Britaniya, Fransa, Hindistan, Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, İspaniya, İtaliya, Kanada, Meksika və Rusiya.

Bir trilyon dollar ÜDM səviyyəsinə çatan yeganə müsəlman ölkəsi İndoneziyadır.

"Amazon" 1994-cü ildə yaradılıb. 1997-ci ildə bazar kapitalizasiyası 1 milyard dollar idi.

"Amazon"un sahibi Jeff Bezos ilə prezident Trampın münasibətlərinin soyuq olmasını da qeyd etmək yerinə düşər. Bezos Trampı ən çox tənqid edən "The Washington Post" qəzetinin sahibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253