DÜNYA

Avropa "ciblərini çevirib" ? - İnflyasiya
28 AVQUST
225

Avropa "ciblərini çevirib" ? - İnflyasiya

2018-08-28 11:50:00

Avrozonada inflyasiya 2% aşıb. Bu son 6 ildə rekord göstəricidir.  Əsas artım da energetika sahəsində olub. 2017-ci ilin iyul ayı ilə müqayisədə  energetik  sahədə artım 9.5% olub. Ərzaq məhsulları 2.5% , xidmət sahəsi isə 1.4% bahalaşıb. Avropa ölkələrində qiymət artımı  son 6 ilin maksimumuna çatıb Fins.az xəbər verir ki, bu barədə Eurostat məlumat yayıb. Avrozonada sonuncu dəfə belə inflyasiya 2012-ci ildə olub.  Avropa Birliyi ölkələrində qiymət artımı artıq 3-cü aydı ki, ardıcıl davam edir.

Avrozonada energetika sahəsində qiymət artımları 2017-ci ilin iyul ayında özünü göstərməyə başlayıb. Ekspertlərin fikrincə bahalaşmaya əsas səbəb  energetika sahəsində artım səbəb olub. Daşınmalar və s sahələr energetikdan asılı olduğundan bahalaşmaya da ən çox bu sahə təsir edib. 

Avropa Mərkəzi Bankı son illərdə Avrozonada qiymətlərin durgunluğundan və borc böhranı nəticəsində yaranmış inflyasiyadan narahat olaraq qarşısına məqsəd qoyub. Məqsəd  istisadiyyat üçün əlverişli olan olan 2%-lik inflyasiya məqsədə uyğun hesab ounub.

Bu aşağı sabit inflyasiya istehsalının inkişafı vasitəsilə artım stimullaşdırılması və istehlakını artırmaq, iqtisadiyyatı üçün yaxşı hesab olunur.

AMB inflyasiya dərəcələri sabitliyi ilə əlaqədar bu ilin sonunda bank depozitləri üzrə faiz göstəricisi aşağı düşmüşdür.

Aşağı faiz dərəcəsi mövcud maliyyə profisiti yaradır.  Bütün mümkün gəliri inflyasiya yeyir bu zaman bank əmanətlərinin pul saxlamaq faydasız olur.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258