DÜNYA

“Adidas” bu il nə qədər satış edib? – Hesabat
17 AVQUST
192

“Adidas” bu il nə qədər satış edib? – Hesabat

2018-08-17 12:44:00

İdman malları tədarükçüsü olan “Adidas AG” 2018-ci ilin ikinci rübündə xalis mənfəətini 2 dəfədən çox artırıb.

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin hesabatına görə,xalis mənfəətdəki artım qeyd olunan dövrdə 397 milyon avroya yüksəlib. Ötən ilin analoji dövründə isə bu rəqəm 159 milyon avro olmuşdu. “Adidas” markasının satışları 12% artaraq 4,77 milyard avroya yüksəlib. Rusiya və MDB ölkələrində bu göstərici 14,1% (valyuta dəyişmələri istisna olmaqla) və ya 177 milyon avroya qədər artıb.

 

Cari ilin ilk 6 ayında markanın Rusiya və MDB ölkələri üzrə satışları praktiki olaraq dəyişməyib və 297 milyon avroya çatıb. İkinci rübdə baş verən artım isə bu il Rusiyada keçirilmiş futbol üzrə Dünya Çempionatı ilə bağlı olub. Belə ki, kompaniya Çempionat dövründə bir sıra yerdə mağazalarının sayını artırmışdı. Mundial dövründə markanın lizenziyalı idman mallarını yarışların keçirildiyi 12 stadionda almaq, eyni zamanda azarkeş festivallarının keçirildiyi 11 fan-zonalarından əldə etmək mümkün idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259