DÜNYA

BMT maliyyə problemləri ilə üzləşib
27 İYUL
100

BMT maliyyə problemləri ilə üzləşib

2018-07-27 11:57:00

 BMT maliyyə problemləri ilə üzləşib.

Fins.az xəbər verir ki, bunu təşkilatın baş katibi Antoniu Quterriş müraciətində bildirib.

O, BMT-nin xərclərinin azaldılacağını və maliyyə probleminin aradan qaldırılması üçün lazımi tədbirlər görəcəyini vurğulayıb: "Ümumi vəziyyət həyəcanvericidir. BMT səviyyəsində olan təşkilat maliyyə çətinlikləri yaşamamalıdır. Ən çox isə ehtiyacı olanların çağırışlarına cavab verə bilməməyimiz narahatlıq doğurur".

BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib ki, BMT-nin 193 üzv dövlətindən iyul ayına qədər yalnız 112-si ianə ödəyib.

Onun sözlərinə görə, belə vəziyyətin yaranmasına ödənişlərin gecikməsi və BMT büdcəsinə ianələrin ödənilməməsi səbəb olub. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251