DÜNYA

NATO Avropa Birliyi və Kanadanı hərbi xərcləri artırmağa çağırıb
10 İYUL
73

NATO Avropa Birliyi və Kanadanı hərbi xərcləri artırmağa çağırıb

2018-07-10 16:17:00

NATO-nun baş katibi Yens Stoltenberq Avropa Birliyi (Aİ) ölkələrini və Kanadanı hərbi xərcləri artırmağa çağırıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın məlumatına görə, Y.Stoltenberq bu barədə Brüsseldə NATO sammitinin başlanmasına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri və Kanada 2024-cü ilə qədər hərbi sahəyə xərclərini 266 mlrd. dollara qədər artırmalıdır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp hərbi xərclərin artırılmasını təkid edirdi. O, Aİ ölkələrinin liderlərinə göndərilən məktublarda 2014-cü ildə Uelsdə NATO sammitində əldə edilmiş razılığı xatırladıb. Razılaşmaya görə, Alyans ölkələrinin liderləri 10 il ərzində müdafiə xərclərini ÜDM-in 2% qədər artırmalıdır, amma hələlik bu razılaşmaya əməl olunmur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270