DÜNYA

Yeni baş nazirin hökuməti təsdiq olundu
21 İYUN
181

Yeni baş nazirin hökuməti təsdiq olundu

2018-06-21 09:34:00

Gürcüstan parlamenti bu gün keçirdiyi növbədənkənar iclasda yeni baş nazir Mamuka Baxtadzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib. Fins.az  xəbər verir ki, yeni kabinetin lehinə 99, əleyhinə 6 deputat səs verib.

Yeni hökumətdə iqtisadiyyat, maliyyə və xarici işlər naziri dəyişib.

M.Baxtadze demokratik institutların möhkəmləndirilməsi, təhsil sistemində fundamental islahatlar, orta və kiçik biznesin inkişafını yeni hökumətin prioritet istiqamətləri elan edib.

Qeyd edək ki, Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti iyunun 13-də istefaya yollanmışdı.

36 yaşlı M.Baxtadze G.Kvirikaşvili hökumətində maliyyə naziri vəzifəsində işləyirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255