DÜNYA

Bu ölkənin milli təhlükəsizlik və müdafiə nazirləri dəyişib
14 İYUN
173

Bu ölkənin milli təhlükəsizlik və müdafiə nazirləri dəyişib

2018-06-14 10:08:00

Türkmənistanın milli təhlükəsizlik naziri Dövrangəldi Bayramov işdən çıxarılıb. 

Fins.az  xəbər verir ki, məlumatı Türkmənistan prezidentinin mətbuat xidməti yayıb.

Bildirlib ki, D.Bayramov işində buraxdığı ciddi çatışmazlığa görə vəzifədən azad edilib. Mayın 30-da Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ona kadr seçimində və onların təyin olunmasında buraxdığı səhvlərə görə sonuncu ciddi xəbərdarlıq edib. 

Ölkənin müdafiə naziri Yaylım Berdıyev milli təhlükəsizlik naziri təyin olunub. Müdafiə naziri vəzifəsinə isə əvvəllər Türkmənsitan Sərhəd Qoşunlarının komandanı işləmiş Begenç Gündoğdıyev gətirilib. Əvvəllər müdafiə nazirinin müavini olmuş Şadurdu Durdıyev Sərhəd Qoşunlarının komandı təyin olunublar. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256