DÜNYA

Venesuela neft ixrac etməkdə çətinlik çəkir
11 İYUN
180

Venesuela neft ixrac etməkdə çətinlik çəkir

2018-06-11 12:18:00

Venesuelanın neft ixracı bu ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalıb.

Fins.az xəbər verir ki, Venesuela neft ixracında çətinliklərlə üzləşib. Neft istehsalı da azalan Venesuelada dövlətə məxsus PDVSA (“Petroleos de Venesuela”) şirkəti arbitraj qərarları ilə əlaqədar neft ixracı müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilmir. Son zamanlarda Venesuela limanlarında 24 milyon barrel yükləmə gözləyən tankerlərin olduğu bildirilir.

Xüsusilə ABŞ-ın “ConocoPhilipps” neft şirkətinin qazandığı 2 milyard dollarlıq arbitraj məhkəməsindən sonra öz alacaqlarını təmin etmək üçün “PDVSA”nın Karib adalarındakı neft emalı zavodlarının məhsullarını mənimsəyib. Bundan sonra Venesuela yükləmələri öz limanlarından etməyə məcbur olub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253