DÜNYA

"Boeing" şirkəti İrana təyyarə satışından imtina edib
07 İYUN
182

"Boeing" şirkəti İrana təyyarə satışından imtina edib

2018-06-07 10:26:00

"Boeing" korporasiyası sanksiyalar səbəbindən İrana təyyarə satışından imtina edib.  

Fins.az xəbər verir ki,  bu barədə "Agence France-Presse"ə (AFP) açıqlamasında "Boeing"in rəsmi nümayəndəsi bildirib. 

"Hələ ki, biz İrana təyyarə göndərməmişik. Artıq İranla ticarətə dair lisenziyanın olmaması səbəbindən biz təyyarələri göndərməyəcəyik", - rəsmi nümayəndə deyib. 

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ləğvindən sonra "Boeing" "Iran Air" və "Iran Aseman Airlines" aviaşirkətləri ilə dəyəri 20 mlrd dollaradək olan sazişlər imzalamışdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249