DÜNYA

ABŞ prezidenti Aİ ölkələrindən polad və alüminium idxalını azaltmaqda israrlıdır
23 MAY
228

ABŞ prezidenti Aİ ölkələrindən polad və alüminium idxalını azaltmaqda israrlıdır

2018-05-23 15:08:00

 ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrindən polad və alüminium idxalını 10% azaltmaqda israrlıdır. 

Fins.az xəbər verir ki, bu barədə Polşa hökumətinin nümayəndələri bildiriblər. 

Məlumata görə, Ağ ev bununla bağlı 2 variant təklif edib. Bunlardan biri 2018-ci ildə polad və alüminiumun idxalının 2017-ci illə müqayisədə bəri başdan 10% azaldılmasıdır. Digər variant isə idxal əvvəlki ilə nisbətdə 90%-lik göstəricini keçdiyi halda gömrük rüsumlarının tətbiqidir. 

Avropada D.Trampın dəqiq nə etmək istədiyini hələlik başa düşmürlər. Bu arada Aİ-nin ticarət üzrə komissarı Sesiliya Malmstrem bildirib ki, ABŞ-ın atdığı addımlara qarşı heç nə edə bilməzlər. 

Eləcə də bax: Ukrayna Avropa yolunda - MDB-dən üz çevirir

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259