DÜNYA

Amerikada neft ehtiyatları azalıb
23 MAY
251

Amerikada neft ehtiyatları azalıb

2018-05-23 12:14:00

Keçən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.

Fins.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftə ölkədəki xam neft ehtiyatları 1,33 milyon barrel azalıb. Analitiklər ehtiyatların 1,5 milyon barrel azalacağını nəzərdə tuturdu.

ABŞ-dakı benzin ehtiyatları isə keçən həftə 980 min barrel artıb. Benzin ehtiyatlarının 620 milyon barrelədək azalması gözlənilirdi.

Ölkədə distillə edilmiş yanacaq istehsalı hesabat həftəsində 1,3 milyon barrel azalıb. İstehsalın 1 milyon barrel azalacağı planlaşdırılırdı.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Eləcə də bax: Rusiyada yeni pul – Plastik əskinaslar təqdim olundu

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256