DÜNYA

Böyük Britaniya seçki komissiyası "Brexit" lehinə aparılan kampaniyanın təşkilatçılarını cərimələyib
11 MAY
221

Böyük Britaniya seçki komissiyası "Brexit" lehinə aparılan kampaniyanın təşkilatçılarını cərimələyib

2018-05-11 13:57:00

 Böyük Britaniyanın Avropa İttifaqından çıxışının tərəfdarı olan Leave.EU kampaniyasının təşkilatçıları 2016-ci ildə ölkədə keçirilən referendum zamanı seçki qanununu pozduqlarına görə 70 min funt sterlinq məbləğində cərimələnib.

Fins.az xəbər verir ki, bu barədə Böyük Britaniya seçki komissiyasının press-relizində bildirilir.

Araşdırma zamanı Leave.EU-nun referendum dövründə xərclərlə bağlı yanlış məlumat verdiyi, 77 min funt sterlinq məbləğindəki xərci ümumi siyahıya qatmadığı aşkarlanıb. Bununla Leave.EU xərc limitini azı 10% aşıb. Seçki komissiyası isə kampaniya təşkilatçılarının qanunsuz əlavə xərclərinin daha yüksək ola biləcəyini düşünür.

"The Guardian" qəzetinin məlumatına görə, "Brexit"in lehinə aparılan Leave.EU dəstək kampaniyasının baş sponsoru Arron Benks polisə təhvil verilib. A.Benks isə, öz növbəsində, seçki komissiyasının qərarı ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlayıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259