DÜNYA

ABŞ-ın təbii qaz istehsalı azalacaq
11 MAY
138

ABŞ-ın təbii qaz istehsalı azalacaq

2018-05-11 10:35:00

ABŞ-ın təbii qaz hasilatının azalacağı gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, 2018-ci ilin ikinci rübündə ABŞ-ın təbii qaz istehsalının gündəlik 0,33 milyard kubfut, üçüncü rübdə isə sutkalıq 1,09 milyard kubfut azalacağı nəzərdə tutulur.

EIA ABŞ-ın təbii qaz hasilatı üzrə ilin ikinci rübünə dair proqnozunu gündəlik 0,33 milyard kubfut azaldaraq 86,18 milyard kubfuta, üçüncü rüb üçün proqnozunu sutkalıq 1,09 milyard kubfut aşağı salaraq 87,13 milyard kubfuta endirib.

Agentlik ikinci rübə dair istehlak proqnozunu isə gündəlik 1,5 milyard kubfut artıraraq 6,912 milyard kubmetrə, üçüncü rüb üçün proqnozunu isə 0,59 milyard kubfut çoxaldaraq 69,18 milyard kubfuta çatdırıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254