DÜNYA

Bu ölkə silah satışından 9,2 milyard $ qazanıb
03 MAY
217

Bu ölkə silah satışından 9,2 milyard $ qazanıb

2018-05-03 15:42:00

İsrail 2017-ci ildə 9,2 milyard dollar dəyərində silah satıb.

Fins.az-ın məlumatına görə, bu göstərici 2016-cı illə müqayisədə 40 faiz çoxdur.

İsrailin hərbi ixracının əsas sahələri raket quruculuğu və hava hücumundan müdafiə sistemi (31%), radarlar və radioelektron mübarizə (17%), modernləşdirmə və avionika (14%) və digərləridir.

İsrailin müdafiə sənayesi məhsullarının 58 faizi Asiya-Sakit okean regionuna, 21% - Avropa, 14% - Şimali Amerika, 5% - Afrika, 2%-i isə Latın Amerikasına ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254