DÜNYA

Meksika Senatı ABŞ-la əməkdaşlığı dayandırmağa çağırıb
05 APREL
118

Meksika Senatı ABŞ-la əməkdaşlığı dayandırmağa çağırıb

2018-04-05 11:34:00

Meksika Senatı hökumətdən ABŞ-la əməkdaşlığı dayandırmağa çağırıb.

Fins.az xəbər verir ki, bu barədə Senatın bəyanatında deyilir.

Sənəddə bildirilib ki, hələ ki prezident Donald Tramp Meksikaya qarşı hörmətlə yanaşmır hökumət miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində ABŞ-la ikitərəfli əməkdaşlığı dayandırmalıdır.

Bundan əlavə, senatorlar ABŞ-Meksika sərhədinin mühafizəsinə hərbçilərin cəlb edilməsini pisləyiblər: “Senat prezident Donald Trampın Meksika ilə sərhədi hərbiləşdirmək niyyətini qətiyyətlə pisləyir və bunu ölkəmizə qarşı növbəti təhqir kimi qiymətləndirir”.

Bundan əvvəl Tramp Meksika ilə sərhədin qorunması üçün ordunun səfərbər edilməsinə çağırıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279