DÜNYA

ABŞ-da neft hasilatı son 9 həftədə 8-ci dəfə artıb
15 MART
173

ABŞ-da neft hasilatı son 9 həftədə 8-ci dəfə artıb

2018-03-15 09:48:00

ABŞ-da martın 3-dən 9-na qədər olan müddətdə gündəlik neft hasilatının və neft ehtiyatlarının həcmi artıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Belə ki, hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi 12 min barel və yaxud 0,12% artaraq 10,381 mln. barel təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 5,012 mln. barel və yaxud 1,17% artaraq 430,9 mln. barelə çatıb. Analitiklər ehtiyatların 2mln. barel artacağını proqnozlaşdırırdılar. 

Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 2,4 mln. barel artım göstərib. Bununla da ABŞ neft hasilatı son 9 həftə ərzində 8 dəfə artıb.

ABŞ-ın benzin ehtiyatlarında azalma müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 1,2 mln. barel azalacağını ehtimal etsələr də, ehtiyatlar 6,3 mln. barel və yaxud 2,5% azalaraq 244,8 mln. barelə geriləyib. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 0,8 mln. barel azalmışdı.

"Report"un analitik qrupu bildirir ki, bu xəbər dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 65 dollar/barel səviyyəsində sabitləşib. Qlobal iqtisadi artımın sürətlənməsi fonunda dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel arasında dəyişəcəyi gözlənilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273