DÜNYA

Kim Çen In nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib
09 MART
162

Kim Çen In nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib

2018-03-09 09:24:00

Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından  imtina etməyə hazır olduğunu bəyan edib. Fins.az xəbər verir ki, bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin  təhlükəsizlik üzrə müşaviri Çon In Yön  bildirib. 

«Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə  sadiq olduğunu ifadə edib. Kim Çen In  Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib», - deyə Çon In Yön  bildirib. 

Qeyd edək ki, D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib. 

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini təkbətək görüşə dəvət edib.  

CNN telekanalının yaydığı xəbərə görə, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu  Donald Trampa təqdim edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279