DÜNYA

ABŞ yaxın vaxtlarda İranla nüvə razılaşmasından çıxa biləcəyini bəyan edib
06 MART
161

ABŞ yaxın vaxtlarda İranla nüvə razılaşmasından çıxa biləcəyini bəyan edib

2018-03-06 10:21:00

“Vaşinqton Tehranın nüvə silahı yaratmasına imkan verməyəcək”.

Fins.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın vitse-prezidenti Maykl Pens çıxış edib.

O bildirib ki, İran ballistik raketlərin hazırlanması üzrə işləri davam etdirir, eləcə də terror təşkilatlarına dəstək verir.

M.Pens qeyd edib ki, ABŞ lideri Donald Tramp nüvə razılaşması ilə bağlı fikir ayrılıqlarının aradan qalxması məqsədilə Tehrana qarşı təkrar sanksiyaların tətbiqindən imtina edib.

Bununla belə, vitse-prezident vurğulayıb ki, ABŞ gələcəkdə bənzər güzəştlər etmək niyyətində deyil: “Səhv salmayın, bu, onların sonuncu şansıdır. Önümüzdəki aylarda İranla nüvə razılaşmasına yenidən baxılmasa, ABŞ yubanmadan razılaşmadan geri çəkiləcək”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256