DÜNYA

Taksi sürücüləri “Uber” şirkətinin fəaliyyətinə etiraz edirlər
12 FEVRAL
189

Taksi sürücüləri “Uber” şirkətinin fəaliyyətinə etiraz edirlər

2018-02-12 12:40:00

Praqada taksi sürücüləri “Uber” şirkətinin alternativ xidmətlərlə bağlı fəaliyyətinə etiraz çıxışlarını davam etdirirlər. Onların fikrincə, “Uber” vicdanlı rəqabət qaydalarını pozur, taksometr cihazlarından istifadə etmir, bu şirkətin sürücülərinin taksi xidmətləri göstərmək üçün lisenziyaları, avtomobillərin isə müvafiq tanınma nişanları yoxdur.

Fins.az xəbər verir ki, praqalı taksi sürücüləri fevralın 12-də günorta vaxtı Straqov rayonunda toplaşacaq, oradan aşağı sürətlə şəhərin mərkəzinə doğru hərəkət edəcəklər. Paytaxtın taksi sürücüləri bu aksiyanın əvvəlində hökumət üzvlərini bilavasitə Straqov rayonunda danışıqlar aparmağa dəvət etmək niyyətində olublar.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301