DÜNYA

Ekspertlər: 4 amil OPEC+ anlaşmasının bitməsinə səbəb ola bilər
09 YANVAR
335

Ekspertlər: 4 amil OPEC+ anlaşmasının bitməsinə səbəb ola bilər

2018-01-09 17:15:00

OPEC təşkilatının üzv və qeyri-üzv dövlətlər 2018-ci ildə bir sıra problemlərlə üzləşə bilər. Fins.az xəbər verir ki, qlobal neft bazarındakı vəziyyət, tələb və təklifdə yarana biləcək qeyri-müəyyənliklərin daha da kəskinləşməsi mümkündür.

"Bloomberg" agentliyinin analitiki Qrant Smit (Grant Smith) hesab edir ki, 4 amil qlobal neft bazarında dəyişiklik yaradaraq OPEC+ anlaşmasının bitməsinə gətirib çıxara bilər. 

Bunlardan birincisi, İran və Venesuelada geosiyasi səbəblərdən hasilatın azalması amilidir. "RBC Capital Markets"dən Helima Krofta görə, ABŞ Prezidenti Donald Tramp İranda baş verən nümayişlərdən sonra bu ölkə ilə nüvə anlaşmasını yenidən gözdən keçirərək energetika sektoruna sanksiyaları bərpa edə bilər. Venesuelada isə iqtisadi böhran səbəbindən hasilatın azalması mümkündür və nəticədə OPEC+ müqaviləsinə son verilə bilər.

İkici səbəb, OPEC+ anlaşması üzvlərinin kvotalara əməl etməməsi riskidir. Burada ən böyük ehtimal İraqın kvotasını aşaraq hasilatı artırmasının mümkünlüyü göstərilir.

Üçüncü səbəb, neft bazarında tarazlığın əldə olunması və neft qiymətlərinin kifayət qədər yüksəlməsi səbəbindən OPEC+ anlaşmasının vaxtından əvvəl yekunlaşdırılmasıdır. Qeyd edək ki, iyun ayında OPEC+ üzvləri növbəti sammitdə toplanaraq neft bazarındakı vəziyyəti müzakirə edəcək. "Goldman Sachs" bankının proqnozlarına görə, 2018-ci ilin II rübünün sonunda qlobal neft bazarında tarazlıq əldə olunacaq.

Dördüncü səbəb isə neft qiymətlərinin yüksəlməsi fonunda ABŞ-da şist neft hasilatında artımın sürətlənməsidir. OPEC+ üzvləri ABŞ-da hasilatın artacağına şübhə etmir. Lakin bu proses gözləniləndən daha sürətlə baş verərsə, o zaman anlaşma üzvləri bazar paylarını qorumaq üçün OPEC+ anlaşmasını bitirə bilər. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254