DÜNYA

Amerikalı bankirlər neft kriptovalyutası yaradır
17 DEKABR 2017
369

Amerikalı bankirlər neft kriptovalyutası yaradır

2017-12-17 16:10:00

ABŞ bankirləri və Xammal fyuçersləri ilə ticarət komissiyasının keçmiş üzvü Bart Çarlton neft kriptovalyutasının yaradılmasını elan edib. OilCoin adlı bu rəqəmsal valyuta neft ehtiyatları üçün nəzərdə tutulub.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

OilCoin neft barrellərini şifrələyəcək, yəni hər rəqəmsal qəpik 1 barrel qara qızıl dəyərində olacaq. Ekspertlər əmindirlər ki, bu, gələcəkdə kriptovalyutaların dəyişkənliyindən qaçmağa imkan verəcək. Yeni qəpiyin vergi səlahiyyətləri də var. Belə ki, investorlar yalnızca OilCoin satdıqları zaman kapital artımına görə vergi ödəyəcəklər.

Həmtəsisçilərin dözlərinə görə, OilCoin ABŞ qanun və qaydalarına tabedir və buna görə də, institusional pərakəndə investorlar üçün uyğundur. Qəpiklərin ilkin yerləşdirilməsi isə növbəti ilin yanvar ayının əvvəlində baş tutacaq.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267