DÜNYA

"Goldman Sachs" neftin qiyməti üzrə proqnozlarını artırıb
05 DEKABR
94

"Goldman Sachs" neftin qiyməti üzrə proqnozlarını artırıb

2017-12-05 12:21:00

OPEC+ müqaviləsinin 2018-ci ilin sonuna qədər uzadılması qərarı qlobal neft ehtiyatlarının azalmasına və neft qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. 

Fins.az verdiyi xəbərə görə, bunu ABŞ-ın "Goldman Sachs" bankının analitikləri bildiriblər.

Bank 2018-ci il üçün "Brent" markalı neftin qiyməti üzrə proqnozunu 58 dollar/bareldən 62 dollar/barelə, WTI markalı neft üzrə isə 55 dollar/bareldən 57,5 dollar/barelə yüksəldib.

"Goldman Sachs" eyni zamanda 2019-cu il üçün "Brent" üzrə proqnozunu 58 dollar/bareldən 59,5 dollar/barelə, 2020-ci il üçün isə 53 dollar/bareldən 54,5 dollar/barelə artırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289