DÜNYA

Abu-Dabi Dövlət Neft Şirkəti də özəlləşdirməyə hazırlaşır
11 İYUL 2017
531

Abu-Dabi Dövlət Neft Şirkəti də özəlləşdirməyə hazırlaşır

2017-07-11 17:33:00

Abu-Dabi Dövlət Neft Şirkəti (ADNOC) öz biznesinin bir hissəsini IPO vasitəsilə özəlləşdirməyi planlaşdırdığını bildirib. Fins.az-ın verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nəhəng neft şirkəti olan ADNOC öz xidmət biznesinin paket səhmlərinin bir hissəsini ilkin yerləşdirmə üsulu ilə satmaq imkanlarını araşdırır. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qeyd edək ki, BƏƏ S.Ərəbistanı və Omandan sonra dövlət neft şirkətini özəlləşdirməyə çıxaracağını açıqlayan 3-cü ölkədir. "Saudi Aramco"dan fərqli olaraq ADNOC əsas holdinqinin IPO-sunu həyata keçirməyi planlaşdırmır. S.Ərəbistanı isə əksinə, "Saudi Aramco"nun səhmlərinin 5%-ni IPO vasitəsilə özəlləşdirəcəyini bildirib. Bundan başqa, BƏƏ səhmlərin yerli fond birjalarında, S.Ərəbistanı isə xarici bazarlarda yerləşdirəcəyini açıqlayıb.

"Abu-Dabi The National" qəzetindən verilən məlumata görə, IPO-nun yaxın aylarda elan ediləcəyi bildirilir. Lakin IPO-da ADNOC-un hansı biznes qolunun özəlləşdirəcəyi və həcmin nə qədər olacağı qeyd edilmir. ADNOC həmçinin "ExxonMobil" və "Royal Dutch Shell" kimi şirkətlərlə əlaqələrini inkişaf etdirəcəyini bildirib.

Xatırladaq ki, BƏƏ OPEC-də hasilat həcminə görə 4-cü ölkədir və hazırda hasilatı 3,1 mln. barel/günə yaxindir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267