DÜNYA

İran neft və qaz hasilatını artırır
11 İYUL
302

İran neft və qaz hasilatını artırır

2017-07-11 14:27:00

İranın neft-qaz sənayesinin inkişafı proqramı 2022-ci ilə qədər sutkalıq neft hasilatını 4,3 mln. barel, qaz hasilatını isə 1,3 mlrd. kubmetrə çatdırılmasına nail olmağı nəzərdə tutur.

Fins.az APA-ya istinadən xəbər verir ki, bunu Dünya Neft Konqresində İranın Dövlət Neft və Qaz Şirkətinin (NIOC) direktorunun inkişaf və layihələndirmə üzrə müavini Rəza Deqan bildirib.


Onun məlumatına görə, bu məqsədə çatmaq üçün 140 mlrd. dollar investisiya tələb olunur ki, bunun da 2/3-si xarici investisiyaların payına düşəcək.


Reallaşdırmağa planlaşdırılan layihələr üzrə ümumi neft ehtiyatları 284 mlrd. barel, qaz ehtiyatları isə 60 trln. kubfut təşkil edir.


OPEC tərəfindən dərc edilən məlumatlara görə, may ayında İran sutkada 3,795 mln. barel neft hasil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287