DÜNYA

Türkiyənin əsas indeksi tarixi rekord həddə çatıb
13 İYUN
280

Türkiyənin əsas indeksi tarixi rekord həddə çatıb

2017-06-13 14:17:00

İstanbul Fond Birjasının (Borsa İstanbul) əsas indeks göstəricisi olan "BIST-100" tarixi rekord səviyyə - 100 000 bəndə yaxınlaşıb. İndeks 99 969,35 bənd səviyyəsinə çatsa da, kritik həddi keçə bilməyib və 99 000 səviyyəsinə geri dönüb.

Analitiklər bildirir ki, İstanbul birjasındakı indekslərin artmasına səbəb dünən ölkənin Statistika İdarəsi tərəfindən açıqlanan ilk rübün iqtisadi artım göstəricisi olub. Belə ki, I rübdə Türkiyədə ÜDM ortalama 3,5% olan artım proqnozunu xeyli üstələyib və faktiki olaraq 5% yüksəlib. ABŞ dollarının qlobal valyuta bazarında ucuzlaşması ilə Türkiyədə də geriləyən məzənnə iqtisadi aktivliyi artırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297