DÜNYA

Yeni prezident CNN-i çökdürür
12 YANVAR
467

Yeni prezident CNN-i çökdürür

2017-01-12 09:23:00

Tramp “CNN” haqqıda: “Siz yalançı xəbərlər verirsiniz” dedi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “CNN” telekanalını yalançı xəbərlər yayımlayan KİV adlandırıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bunu o, Nyu-Yorkda keçirdiyi mətbuat konfransında söyləyib. Tramp telekanalı rəsmi Kremlin (Rusiya) milyarderlə bağlı kompromatının olması ilə bağlı yaydığı yalaçı xəbəri tənqid etdikdən sonra “CNN”-nin jurnalisti Cim Akosta ona sual vermək imkanı yaratmağı xahiş edib. Tramp jurnalistin müraciətinə “Sizin müəssisəniz xoşagəlməzdir. Mən sizə sual vermək imkanı verməyəcəm” - deyərək cavab verib.

Trampın sözlərinə görə “Belə xəbərləri yayımlamaq təhqirdir (ayıbdır)!” “Mən bunu təhqiramiz hesab edirəm və bu ayıbdır. Bu üsuldan Alman faşistləri istifadə ediblər. Onlar ictimaiyyətə yalan məlumat verirdilər” – deyə Tramp əlavə edib.

Eyni zamanda o, “Buzzfeed” veb-saytını “zibil qabı” adlandırıb. Onun sözlərinə görə belə məlumatları dərc edən KİV-lər məsuliyyət daşıyacaqlar. Daha əvvəl özünün tvitter səhifəsində Tramp ABŞ-ı yalan məlumat yayımladığına görə faşist Almaniyasına oxşadıb. Xatırladırıq ki, yanvarın 10-da “CNN” telekanlı ABŞ-ın kəşfiyyat xidmətlərinin hesabatına istinadən məlumat yayıb ki, Rusiyanın əlində Trampla bağlı kompromat var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312