DÜNYA

Türkiyədə sığorta sektorunda dollar təhlükəsi
28 NOYABR
259

Türkiyədə sığorta sektorunda dollar təhlükəsi

2016-11-28 16:22:00

Türkiyədə dolların lirə qarşısında kəskin bahalaşaması sığorta sektorunu da vurub. Fins.az-ın məlumatına görə, dolların bahalaşmaqda davam etməsi avtomobilsığortası başda olmaqla bütün sığorta növlərində qiymətlərin artmasına səbəb olacaq. Sığorta haqqlarının artımının əsas səbəbi isə ödəniş xərclərinin artmasıdır. Xüsusilə də ehtiyat hissələrinin xaricdən gətirilməsi, yəni valyuta yönümlü olması avtomobil sığortasında zərərləri xeyli artıracaq.Nəticədə sığorta məhsullarının bahalaşması qaçılmaz olacaq. “Aksigorta” şirkətinin  idarə heyətinin sədri Uğur Gülən mətbuata açıqlamasında  bildirib ki, hər 10%-lik devalvasiya infilyasiyanı 1.5-2 % artırır. O bildirib ki, Türkiyəyə xaricdən gətirilən sığorta ilə əlaqəli məhsulların bahalaşması devalvasiya ilə əlaqədar olacaq. Sığorta ilə əlaqəli yerli məhsulların bahalaşmasına səbəb isə infilyasiya olacaq. Hər iki səbəb sığorta haqqlarını artıracaq.

Uğur Gülen devalvasiyanın avtomobil sığortası ilə yanaşı digər sığorta növlərinə də təsir edəcəyini deyib. Onun sözlərinə görə, əlaqəli məhsulları xaricdən dollarla alınmayan  sığorta növlərinin bahalaşmayacağı görüntüsü yarana bilər. Amma bu heç də belə deyil. Belə ki, devalvasiyanın təsiri ilə yaranan infilyasiya əlaqəli məhsulları yerli istehsal olan sığorta növlərində sığorta haqqlarının artmasına təsir edəcək. U.Gülən əlavə edib ki, infilyasiya nəticəsində tibbi xidmətlərin bahalaşması tibbi sığorta xərclərini də yeni ildən artıracaq.Nəticədə bu sığorta növü də bahalaşacaq.

Sığortada ödəniş xərclərinin artması, bahalaşma və  sığortaya tələbin azalması sığorta aktivlərinin artmasının qarşısını alacaq və sektorunun böyüməsini ləngidəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270