DÜNYA

“Total” şirkəti rəhbərinin ölümüylə bağlı rəsmi hesabat yayıldı
26 OKTYABR
578

“Total” şirkəti rəhbərinin ölümüylə bağlı rəsmi hesabat yayıldı

2016-10-26 09:25:00

Rusiya Nəqliyyat Nazirliyinin Müəssisələrarası Attestasiya Komissiyası Moskvanın Vnukovo Aeroportunda Fransanın “Total” neft şirkətinin rəhbəri Kristof de Marjerinin həlak olması ilə nəticələnən təyyarə qəzasının araşdırılmasını başa çatdırıb.

Araşdırmanın ilkin nəticələrinə görə, qəza gecə dumanlı hava şəraiti zamanı baş verib. Təyyarə uçuşa sürət götürən zaman uçuş zolağında icazəsiz hərəkət edən qartəmizləyən maşınla toqquşub. Hesabatda yer alan faktlardan biri də aerodrom xidmətinin növbə rəisinin səhlənkarlığıdır. Müayinə zamanı hadisə baş verən vaxt onun qanında alkoqol olduğu aşkar edilib.

Fransa və Niderland komissiyanın hesabatı ilə razılaşıb.

Xatırladaq ki, hadisə 2014-cü ilin oktyabrında baş verib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272