DÜNYA

Morgan Stanley: Rubl gələn il möhkəmlənəcək
18 OKTYABR
243

Morgan Stanley: Rubl gələn il möhkəmlənəcək

2016-10-18 15:06:00
"Rubl qalxacaq və onu tez almağa çalışın". Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu haqda "Morgan Stanley" şirkətinin Bazarlararası Strateqiya Departamentinin başçısı Endryü Şits açıqlama verib. 
 
Onun sözlərinə əsasən, forvard bazarının iştirakçıları Rusiyanın milli valyutasının zəifləməsini proqnozlaşdırmaqla səhv edirlər: "İnvestorlar gərək gələn il güclənən rubldan yararlansınlar, risklərin sığortalanması üçün isə neft üzrə qısa pozisiyalar açmaq lazımdı".
 
Qeyd edək ki, hal-hazırda illik forvard müqavilələrin rubla məzənnəsi onun 8,3% zəifləməsini təmin edir (63,1 rubldan 68,34 rubladək), neftlə bağlı forvard muqavilələrinə isə 7,9% yüksələn dəyər qoyulub ($51,52-dan $55,59-dək).
 
Lakin Şits hesab edir ki, yaxın 12 ayda rubl güclənəcək, ​halbuki neftin qiymətinin artması potensilaı məhduddur:
 
"Qiymətlər dəyişsə belə, investorlar rubl üzrə uzun, neft üzrə qısa mövqelərdən udacaqlar". 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272