DÜNYA

Türkiyədə dollar rekord həddə bahalaşıb - MƏZƏNNƏ
12 OKTYABR
4156

Türkiyədə dollar rekord həddə bahalaşıb - MƏZƏNNƏ

2016-10-12 18:34:00

Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi maksimal həddə - 3,0972 TRY/USD-yə çatıb. Fins.az xəbər verir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi üzrə bu gün axşam açıqlanması gözlənilən məlumatlarla bağlı narahatlıqlar olub. 

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsinin son maksimal həddi bu ilin iyulun 20-də (3,0965 TRY/USD) qeydə alınıb və dövlət çevirilişi cəhdi ilə bağlı olub. 

Analitiklər hesab edir ki, Türkiyənin reytinqinin azaldılması bu ölkədən kapital axınına səbəb olduğuna görə, dollara tələbat sürətlənib. FES-in dekabr iclasında uçot dərəcəsini artırmaq niyyətinin daha da güclənməsi ilə məzənnənin daha da artacağı və 3,25-3,30 TRY/USD səviyyəsinə yaxınlaşacağı ehtimal edilir.

(Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272