DÜNYA

Rusiyada çox qazanan pensiyaçıların təqaüdü kəsilə bilər
23 SENTYABR
276

Rusiyada çox qazanan pensiyaçıların təqaüdü kəsilə bilər

2016-09-23 12:21:00
Rusiyanın Maliyyə Nazirliyi aylıq gəliri 41,6 min rubl, illik gəliri 500 min rubl olan pensiyaçılara təqaüd verməməyi təklif edib.
Sərt variant kimi pensiyaçılar üçün 1 mln. rubl limitinin tətbiqi planlaşdırılır. 
Məlumata görə, bu tədbir həyata keçirilsə, 90 min pensiyaçıya təqaüd verilməyəcək.
Bundan başqa, nazirlik gəlirləri yaşayış minimumundan 2,5 dəfə yüksək olan pensiyaçılara sabit ödənişlərin ləğv edilməsini təklif edir. Bu dəyişiklik isə 2 mln. pensiyaçını əhatə edəcək.
Maliyyə Nazirliyi bütün bu tədbirləri 2017-2019-ci illərin federal büdcənin balanslaşdırılmasına nail olmaq üçün təklif edib. Hesablamalara görə, sərt varianta əsasən ödənişlərdən imtina tədbirləri illik 150 mlrd. rubla (3 mlrd. 825 mln. manata) qənaət etməyə imkan verəcək. 
“Gəlin açıq danışaq, 1 milyon rubl gəlirə malik pensiyaçının dövlətin təqaüdünə ehtiyacı yoxdur”, - deyə nazirliyin əməkdaşı bildirib.
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272