DÜNYA

Özü hərəkət edən su taksiləri olacaq-YENİLİK
22 SENTYABR
376

Özü hərəkət edən su taksiləri olacaq-YENİLİK

2016-09-22 19:27:00

Meqapolis üçün effektiv həllər institutu Amsterdam ərazisində özü hərəkət edən su nəqliyyatının tətbiqi üzrə beşillik proqram elan edib. “Roboat” adlı proqramın kuratorları qismində Massaçusets Texnologiya İnstitutu və Hollandiyanın iki universiteti çıxış edir.

Fins.az “therunet.com” saytına istinadən xəbər verir ki, şəhərin təxminən dörddəbir hissəsi su ilə əhatə olunub, bununla əlaqədar robot qayıqların tətbiqi böyük fayda verə bilər. Onlardan taksi, həmçinin yüklərin daşınmasında istifadə etmək planlaşdırılır. Bundan başqa, belə nəqliyyat vasitəsinin köməyi ilə şəhər hakimiyyəti su və havanın keyfiyyəti haqda informasiya alacaq. Bu məlumatlar əsasında kanalların çirklənmədən təmizlənməsi üsulları hazırlanacaq.

Layihənin reallaşdırılmasına 25 milyon dollar ayrılıb. İlk prototiplər 2017-ci ildə istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274