DÜNYA

İngilis gənclər borc içində üzür – STATİSTİKA
31 AVQUST
550

İngilis gənclər borc içində üzür – STATİSTİKA

2016-08-31 10:23:00

İngiltərədə 18-24 yaşında olan gənclərin üçdə birindən çoxunun təxminən 3 min funt-sterlinq şəxsi borcu olduğu açıqlanıb.

"Money Advice Trust"ın sifarişi ilə "Yougov" şirkətinin keçirdiyi sorğuya görə, Böyük Britaniyada 18-24 yaşları arasındakı gənclərin üçdə birindən çoxunun şəxsi borcu təxminən 3 min funt sterlinq (6 min 400 manat) səviyyəsindədir.

Ümumilikdə 2 min 42 gənclə aparılan sorğuya əsasən, gənclərin yarısından çoxu müntəzəm olaraq iqtisadi sıxıntı yaşadığını qeyd edib, 32%-i borc yükü altında əzildiyini qeyd edib.

Sorğu İngilis gənclərin yalnız kredit kartları və istehlakçı kreditləri yolu olan borclanmasını əhatə edib və təhsil kreditləri bura daxil deyil.

İngiltərədə orta təhsil krediti borcu təxminən 25 min 505 funt sterlinq (54 min 300 manat) səviyyəsindədir.

Sorğuya dair açıqlama verən Money Advice Trust-ın rəhbəri Joanna Elson, "18 yaşına çatmış bir çox gənc sürətlə borclanır. Onlara lazım olan dəstəyi vermək üçün mübarizə aparmalıyıq. Lazımi tədbirlər görməsək gənclərin borclarının böyüklərin borcu olması kimi gerçək bir risklə qarşılaşacağıq" ifadələrini istifadə edib.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272