DÜNYA

Yaponiyanın sənaye sektorunda iflas
19 AVQUST
207

Yaponiyanın sənaye sektorunda iflas

2016-08-19 15:06:00

Avqust ayında Yaponiyanın xidmət sektorunda iqtisadi vəziyyət yaxşılaşsa da, sənaye sektorunda narahatlıqlar artıb. "Reuters"-in 533 şirkət arasında apardığı sorğuya əsasən, açıqlanan Tankan göstəricisinə görə, bahalaşan yen Yaponiyanın əksər istehsal şirkətlərinə yük olmağa başlayıb. Belə ki, sənaye sektoru üzrə indeks avqust ayında 3 punktdan 1 punkta kimi azalıb. 

Göstərici üzrə müsbət rəqəm sahə üzrə nikbin olanların üstünlük təşkil etdiyini göstərir. Lakin buna baxmayaraq 1 punkt 2013-cü ildən etibarən ən aşağı nəticədir. Xidmət sektorunda isə son 5 aydır göstərici 18 punkta kimi artıb.

Hal-hazırda Yenin dollara nisbətən qiyməti son 7 həftənin maksimum səviyyəsində ticarət olunur. Yenin bahalaşması isə Yaponiyanın ixrac yönümlü şirkətlərinin dünya bazarında rəqabət qabiliyyətlərinə mənfi təsir edir. Qeyd etmək lazımdır ki, Yaponiyanın ixracı iyul ayında 14% azalmışdır. Ölkə iqtisadiyyatında da 2-ci rübdə artım müşahidə olunmayıb və illik inkişaf səviyyəsi 2.0%-dən 0.2%-ə kimi azalıb. Bütün bunlar fonunda isə Yaponiya höküməti iqtisadi islahat proqramı hazırlayır və iqtisadiyyatın yenidən stimullaşdırılması planlaşdırılır.

Mənbə: İnvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274