DÜNYA

Tanımadığınız Tramp – MARAQLI FAKTLAR
11 AVQUST
7575

Tanımadığınız Tramp – MARAQLI FAKTLAR

2016-08-11 15:42:00

ABŞ-da bütün dünyanın  böyük maraqla gözlədiyi prezident seçkiləri başa çatdı. Respublikaçıların namizədi - dünyanın ən məşhur iş adamlarından biri  Donald Trapm ABŞ-ın 45-ci prezidenti seçilib. Fins.az Sizə ABŞ–ın tarixində ən orijinal şəxsiyyətlərdən biri olan Donald Tramp haqda bilmədiyiniz ən maraqlı faktları təqdim edirik.

Tramp - Kozir

Tramp ingilis dilindən “kozir” kimi tərcümə olunur. Biznesmen öz adı-soyadı ilə böyük qürur duyur və bunu ona uğur gətirən ən böyük amillərdən biri sayır. Əsl adı Donald Con Trampdır. Öz familiyasını bir brendə çevirən Donald, bu adla aksessuarlar, parfümeriya, mineral su, araq və s. məhsullar buraxır.

Eləcə də bax: Dünyanın əmlak kralı - TRAMPIN BİZNESİ

Tramp - Yazıçı

Tramp biznes haqqında 15 kitab yazıb. Bu kitabların hamısı milyon tirajlarla bütün dünyada satılıb.

Trapm - kinematoqraf

Tramp 11 filmin prodüsseri kimi çıxış edib, 16 filmdə rol alıb, 146 kinoda özünü oynayıb, daha altı kinoda da çəkilib, lakin adı titrlərdə getməyib. Ümümiyyətlə, Hollivudun bir çox filmlərində tanınmış şəxsiyyət kimi hər hansı səhnəcikdə adı hallanıb. Məsələn, Die Hard-3 (Məğlubedilməz, Крепкий орешек) sujet üzrə terrorçunun axtarışları üçün bütün telefon zəngləri bir polis bölməsinə yönləndirilir. Telefonçu qızlardan biri bu işdən yorularaq: “Kaş Donald Trampa ərə gedərdim bu zəhrimar işdən canım qurtarardı”, - deyir.  Hətta sovet komediyalarının incilərinin birində “Na Deribasovskoy xoroşaya poqoda” adlı kinofilmin titrlərində belə Trampa təşəkkür xüsusi ilə qeyd edilib.

 

Tramp TV-aparıcı

2004-cü ildə Donald “Şagird” realiti-şounun aparıcısı oldu. Bu şouda insanlar böyük vəzifə uğrunda mübarizə aparırlar. Və şounu tərk edən iştrakçını Tramp “Siz işdən qovulursuz” sözləri ilə yola salırdı. Bundan sonra “Tramp demişkən, siz işdən qovulursuz” aforizmi çox məşhurlaşdı.

Tramp-iflas

1991-ci ildə Trampın kreditorlar qarşısındakı borcu 9,8 mlrd dollara çatmışdı. Ödənişləri təmin etmək üçün o, şəxsi əmlakı olan  Nyu-Yorkdakı Trump Tower  göydələni girov qoymaq məcburiyyətində qaldı. Buna baxmayaraq, Tramp sonradan vəziyyətini bərpa etmək üçün yeni kredit almaq məqsədilə bankirləri inandırmağı bacardı. Bir neçə ildən sonra isə Tramp yenidən milyarderlər siyahısının başında durdu.

Tramp - dəbli oğlan

Tramp mütamadi olaraq parik taxmadığını deməyə məcbur qalır. Keçəlini örtmək üçün o saçlarını başının arxasından qabağa darayır. “Mənə elə gəlir ki, xarici görünüş çox vacibdir. Mənim isə tərzim – mənim saçlarımdır. Düşünürəm ki, Amerikanın ən məşhur saç düzümüdür”. Milliarder onları ucuz şampunlarla yuyur və fenlə heç vaxt qurutmur.

Tramp – ailə başçısı

Donald Tramp üç dəfə nikaha girib. Onun 5 övladı var. İlk həyat yoldaşı İvana Zelniçek ərinin ona xəyanət etdiyini öyrənəndən sonra boşanma prosesində Trampı 25 milyon dollar ziyana salıb. Bundan sonra, Donald evlənməkdən öncə nikah müqaviləsi imzalayır. 

Tramp – Azərbaycan

Bakıda Trampın adını daşıyan 33 mərtəbəli lüks-klasslı  TrumpTower fəaliyyət göstərir. Çoxları bu tikilinin Tramp ilə azərbaycanlı biznesmen Anar Məmmədov və onun Garant Group–u ilə müştərək açıldığını düşünür. Lakin bilinən budur ki, layihəyə Trumpın adını vermək üçün ona 2,5 milyon dollar verilib. 

Eləcə də bax: Bakıda "Tramp Tower" yanır

Tramp - sevgi

Dünyanın məşhur milyarderlərindən olan Donald Tramp şahzadə Diananı sevib. 

Deyilənə görə,  Diana ilə şahzadə Çarlz boşanandan sonra Donald Tramp Dianaya diqqətini artırıb. O istəyirdi ki, Diana həyat yoldaşı olsun. Şahzadənin qəlbini ovsunlamaq üçün Kensinqton sarayını səhləb və böyük qızılgül dəstələri ilə doldururdu. Diana isə onu çox zəhlətökən hesab edirdi.

Milyarder Diananın ölümündən çox təsirlənib və öz dostlarına şahzadənin ölüm xəbərindən sarsıldığını söyləyib. Milyarder deyib ki, Diana ilə onlar birlikdə çox xoşbəxt ola bilərdilər...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271